Məlumdur ki, artıq imtahan nəticələri elan olunub.
Nəticədə bəzi ailələrdə valideynlərin az bal toplayan şagirdlərə təziqləri başlayıb.
Demək olar ki, hər il imtahan nəticələrinin elanından sonra abituriyentlərin evdən qaçması, intihar etməsi ilə bağlı xəbərlər yayılır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bizim Azərbaycan ailələrində hələ də valideynlər öz uşaqlarını professor, həkim və hüquqşünas kimi görmək istəyindən və inadından əl çəkməyiblər:
"İnsanlar elə bilirlər ki, müdir kreslosunda əyləşmək asan başa gəlir. Amma valideynlər bu çətin prosesin necə keçildiyini övladlarına aşılamırlar. İmtahanqabağı stressləri ailələr yaradır.Hər şey ailədən başlayır. Ailə üzvləri övladını “niyə oxumursan?”, “müəllimlər niyə mənə şikayət edir?” kimi ifadələrlə danlayır. Bunun nəticəsində isə intihar qaçılmaz olur. Ona görə də, ailələr evlərində abituriyent olan övladlarına qarşı diqqətli davranmalıdır. Danışılan cümlələrə belə fikir verilməlidir. Şəxsi günahlandırmaq olmaz. Burada əhatə, situasiya, mühit, ailə üzvləri çox mühüm rol oynayır”.
Sevinc