Ölən şəxsə təmtəraqlı ad günü keçirmək düzgündür?

SOSİAL
21:38 / 23.07.2025
103

Zamanla vəfat etmiş şəxsə təmtəraqlı ad günü keçirilməsinin şahidi oluruq. Vəfat edən insana təmtəraqlı ad günü keçirmək dini cəhətdən qəbul olunandırmı?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, dində ad günü, yas günü, il dönümünü, mövlud, matəm günləri yoxdur. Heç Peyğəmbərin ölümünü və doğumunu da qeyd etmək yoxdur: 

"İnsana pərəstiş, şəxsiyyətə sitayiş dinin əleyhinədir. Dində yalnız yaradan uca tutulur. Ölmüş adamlara əvvəllər vəfat günü ilə əlaqədar il mərasimi verirdilər, indi də doğumunu da buna əlavə ediblər. Ölüyə ad günü məclisi təşkil edirlər. Şübhəsiz ki, bu dində yoxdur və bidətdir. Bunu edənlər də şübhəsiz ki, dindən uzaq adamlardır. 

Bəziləri bir qədər maddi imkan əldə edən kimi belə şöhrətbazlıq edirlər. Amma kasıba, yetimə, fəqirə əl tutmurlar. Çünki Allahdan uzaqdırlar. Erməni adəti götürüb ölüyə ad günü keçirirlər. Elə adətlər ermənilərdə və yezidilərdə mövcuddur. Hətta qəbristanlıqda toy, musiqi də təşkil edirlər. İslamda isə qətiyyən qadağandır. İnsanın dünyaya gəldiyi gün bayram ola bilməz. İnsan əzablı bir aləmə düşüb. İnsanın xeyrli iş gördüyü gün bayram ola bilər, ehsan verilə bilər. Ələlxüsus da ölünün ad gününü keçirmək gülüncdür. Ola bilsin bəzi imkanlı adamlar toplaşıb yeyib-içməyə bəhanə axtarıblar və bunu tapıblar. Dində ad günü keçirmək, yas günü qeyd etmək, il dönümü keçirmək deyə bir şey yoxdur".

Sevinc

0