Valideynlər çimərliklərdə uşaqları nəzarətsiz qoyur

SOSİAL
20:00 / 24.07.2025
73

Dəniz mövsümü açılandan tez-tez uşaqların doğulmasının və ya itməsinin şahidi oluruq. 

Məlum problemlə bağlı nə qədər maarifləndirici məlumatlar ictimailəşsə də, yenə də valideynlər çimərliklərdə uşaqları nəzarətsiz qoyur.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, valideynlər uşaqla bağlı məsələdə olduqca diqqətli olmalıdır: 

"Müəyyən bir yaşa qədər, ən azı 5-6 yaşa qədər saniyə-saniyə uşaq nəzarətdə olmalıdır. Xüsusilə, çimərliklərdə uşaqları bir saniyə belə yalnız, tək buraxmaq olmaz. Uşaq həm ərazidə itə bilər, həm də dənizdə üzə bilməyib, bata bilər. Dəniz kənarında da valideynin başı qarışıq telefona uşaqdan xəbəri olmur, bir də ayılır ki, uşaq yanında yoxdur. Valideynlər heç olmaz açıq yerlərdə, insan sıxlığının çox olduğu məkanlarda telefondan uzaq olsun".

Sevinc

0