Yay mövsümü yalnız istirahət dövrü kimi qiymətləndirilməməlidi.
Bu müddət ərazində gənclərin özlərini inkişaf etdirməli üçün böyük fürsətlər yaranır.
Belə fürsətlərdən biri də yay düşərgələridir. Yay düşərgələrinin məktəblilərin fiziki və mənəvi inkişafında böyük rolu var.
Psixoloq Narınc Rüstəmova Hit.az-a deyib ki, yay aylarında uşaqların yay düşərgələrində istirahət etməsi daha məqsədəuyğundur. Düşərgə asudə vaxtın təşkili üçün ən gözəl vasitədir:
“Uşaq sosiallaşır, ana-atadan ayrı qalaraq qaydalara tabe olmağı öyrənir, şəxsiyyət kimi formalaşır. Düşərgə bir ailədir və uşaq orada qaydalara tabe olur, özünə dost tapır, sosiallaşır. Bir sözlə, uşaq bu cür mərhələlərlə cəmiyyətə hazırlanır. Məktəb yaşına qədər bağçaya, bu cür düşərgələrə gedən uşaqların məktəbə uyğunlaşması çətin olmur. Evdə oturan, eqoist böyüyən uşaq cəmiyyətə uyğunlaşa bilmir. Uşaqların istirahəti valideynlərdən ayrı olanda daha yaxşı olur. Bunun üçün isə düşərgələr yaxşı vasitədir. Uşaq bəzən yaşıdları ilə gəzintiyə getmək istəyəndə anası icazə vermir, deyir özüm aparacam. Valideynlər uşaqların onlarsız da özlərini təlqin etmələrinə imkan yaratmalıdırlar”.
Sevinc