Bəzi insanlar nə üçün rahat və vecsizdirlər?

SOSİAL
13:10 / 28.07.2025
59

"Bəzən insanlar görəcəkləri işlərini son ana saxlayırlar. Bununla da rahat və ya vecsiz görünürlər". 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu, tənbəllik deyil:

"Bu davranışın arxasında çox vaxt gözə görünməyən psixoloji səbəblər dayanır. Məsələn, işi mükəmməl etmə istəyini deyə bilərik. Bəzi insanlar işə başlamağı təxirə salırlar. Çünki həmin işin "mükəmməl olmalıdır" düşüncəsi onları sıxır". 

378800

Lakin ekspert qeyd edib ki, bu şəxslər məcbur olanda işə başlayırlar:

"Bəziləri uğursuzluğa bəhanə axtarıb işi gecikdirir ki, alınmasa "zaman az idi" deyə bilsinlər. Elə insanlar da var ki, etdikləri işdə özlərini görmürlər. O işə qarşı motivasiyaları olmadığı üçün bir növ vecsiz görünürlər". 

Psixoloq bildirib ki, bəzən isə bu davranış uşaqlıqdan gəlir:

"Bu insanlarda isə məsuliyyət hissi inkişaf etmir və hər şey "son dəqiqəyə" saxlayırlar. Bu davranışın arxasında fərqli psixoloji səbəblər ola bilər. Buraya qorxu, motivasiya çatışmazlığı, daxili təzyiq və ya öyrənilmiş davranışı nümunə göstərə bilərik. 

Əsas odur ki, bu insanları "vecsiz" adlandırmadan əvvəl onların daxili vəziyyətini anlamağa çalışaq. Çünki hər rahat görünənin içində bəzən narahat bir insan yatır".

Pərviz

0