Dayə valideyni əvəz edə bilər?

SOSİAL
22:56 / 28.07.2025
41

İşləyən qadınların bir qismi övladına dayə tutur. 

Dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb-durmasını təmin edən köməkçi olan biridir. 

Əgər bir qadın bunları bacarırsa, deməli o, normal dayə hesab oluna bilər.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir:

“Dayə 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, uşağın ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib – içməsinə xüsusi nəzər yetirməlidir. Yaxşı olar ki, valideyn körpə ikən övladını özü yatızdırsın, nağıl danışdırsın, boş zamanlarında övladı ilə oyunlar oynasın. Ana 3 yaşına qədər övladına özü baxmalı, qayğısına qalmalıdır. Üç-beş yaş uşağın eqosentrik dövrüdür, “mən”in formalaşdığı vacib etapdır. Yəni , 3-5 yaşda fərd formalaşır, valideyn bu dövrdə nə qoyursa, övladı o olacaq. Həmin dövrü valideyn övladı ilə doya-doya keçirməlidir ki, boşluq məhz bu yaşda başlayır. Üç-beş yaş arası keçdikdən sonra dayə tutmaq olar. Uşağı 3-5 yaş arasında dayə formalaşdıranda onun həmin dayənin xarakterində, onun ruh halında formalaşır və ana-atası ilə aralarında olan bağlılıq qopur. Yəni, uşaq valideyninin sevgisini hiss etməli, yaşamalıdır. Dayə uşağa nə qədər qayğı göstərsə də, valideynin yerini doldura bilmir”. 

Sevinc

0