Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı artır.
Bunun bir səbəbi kimi sürücülərin sükan arxasında telefonla danışması və mesaj yazması üzündən baş verir.
Avtomobil idarə edərkən mobil telefonla danışmaq ölkəmizdə qadağan olunub. Avtomobil idarə edərkən mobil telefondan istifadə edən sürücü müəyyən məbləğdə cərimə edilir.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir:
“Maşın idarəçiliyi diqqət tələb edən bir vəziyyətdir. Çünki , o həm öz həyatına, həm də başqa maşınlarda olanların və piyadaların həyatına təhlükə yarada bilər. Buna görə də maşın sürərkən diqqəti yayındıran vasitələrdən uzaq olmaq lazımdır. Maşın idarə edən zaman telefonla danışmaq insanın diqqətini yayındıran ən böyük vasitələrdən biridir. Avtomobilə əyləşərkən mobil telefonun zənginə cavab verməməlidir”.
Sevinc