Ani unutqanlığın səbəbi…

SOSİAL
20:20 / 30.07.2025
67

Hər birimiz zaman-zaman belə hallarla qarşılaşmışıq. Az öncə əlimizdə olan əşyanı hara qoyduğumuz unutmaq, tanıdığımız insanı anidən görən zaman onun adını unutmaq kimi problemlə əksər insanlar qarşılaşıb.

Tanıdığımız bir şəxs haqqında danışmaq istəyirik, lakin adını bir anlığa xatırlaya bilmirik. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ani unutqanlığın səbəblərindən biri də diqqət dağınıqlığıdır. Yəni, bir anın içində birdən çox şeyə fokuslanmaq, beyinin məlumatları aydın şəkildə seçməsinə və ifadə etməsinə mane olur: 

“İnsanların tanıdıqları şəxsin adını bir anda xatırlaya bilməməsi çox zaman normal bir haldır və gündəlik stress, yuxusuzluq və ya diqqətsizliklə əlaqəlidir. Lakin bu hallar tez-tez təkrarlanırsa və adlar, tarixlər, hadisələr unudulursa, mütləq həkimə müraciət etmək lazımdır. Ancaq unutqanlıq həyat keyfiyyətinə təsir edirsə, mütəxəssis dəstəyi vacibdir”.

Sevinc

0