Qaynana-gəlin davası bitəcəkmi?

SOSİAL
22:16 / 31.07.2025
56

İllərdir qaynana-gəlin davası davam edir. Bu problem bütün ölkələrdə müşahidə olunur. 

İyulun 29-da gecə saatlarında Astarada intihar etməsi xəbəri yayılan Kakalos kənd sakini, 1970-ci il təvəllüdlü Xalidə Manafovanın qətlə yetirilməsi məlum olub. 

İlkin ehtimala görə o, ailə münaqişəsi zəminində kəsici alətlə qayınanasını qətlə yetirib.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, gəlin-qaynana münaqişəsində ən çox zərər isə oğlana dəyir. İki od arasında qalır:

“Ana övladının xoşbəxtliyinə çalışmalıdır. Lakin qaynanalar övladının ailəsini idarə etməyə çalışırlar. Bu düzgün deyil. Çünki, həmin cütlük öz ailə və məişət problemləri ilə bağlı özləri qərar verməlidirlər. Həmin cütlüyün ev işlərinə, ailədaxilə münasibətlərinə qarışmaq qayınanın etdiyi ciddi səhvlərdən biridir”. 

Sevinc

0