Psixoloqa getmək üçün "həyəcan siqnalları" nələrdir?

SOSİAL
13:15 / 04.08.2025
52

"Bəzən özünü pis hiss edən şəxslərə ətrafdakı insanlar "keçər", "dərd etdiyinə bax" və "çox düşünmə" kimi sözlər deyirlər". 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu kimi hallar psixoloqa getmək üçün "həyacan siqnalı" sayılır:

"Adətən xəstələnəndə son ana qədər gözləyirik. Sanki sağlamlığımız üçün narahat olmaq üçün çox şiddətli ağrı hiss etməliyik. Eynilə psixoloqa getmək üçün də hər şeyin alt-üst olmasını və ən kritik hala çatmasını gözləyirlər".

Psixoloqun sözlərinə görə, əslində, bu siqnalları görmək çətin deyil:

"Bu kimi halları yaşamağı artıq daxili dünyandan gələn siqnal kimi qəbul etmək lazımdır. Məsələn, bədənində səbəbini bilmədiyin ağrılar varsa, həyatdan əvvəlki kimi zövq ala bilmirsənsə və hər şey sənə maraqsız gəlirsə, deməli psixoloqa getmək lazımdır. Həmçinin, yuxu rejimin pozulub, daimi gərginlik, səbəbsiz həyəcan və ürəkdöyüntüsü yaşamağın da siqnaldır".

379257

Ülviyyə Ağazadə digər "sinqallar"dan da bəhs edib:

"Özünü çox çıxılmaz vəziyyətdə hiss edirsənsə və qərar vermək çətinləşib, habelə ünasibətlərində eyni problemlər təkrar-təkrar yaşanırsa bu da həmin siqnalın əlamətləridir. Eyni zamanda, "artıq tək bacarmıram" demək də bu problemdən xəbər verir. 

Yəni o zaman psixoloji dəstək almağın zamanıdır. Unutmayın, psixoloqa getmək zəiflik deyil, özünə sahib çıxmağın bir formasıdır. Ona görə də özünə dəyər ver və öz səsini eşit".

Pərviz

0