Son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, pedofiliya tibbi ədəbiyyatda psixi pozuntu adlandırılır.
Bu pozuntus olan şəxs yaxın qonşumuz, güvəndiyimiz dostumuz, ailə üzvümüz, müəllim, həkim və s. ola bilir:
"Azyaşlılara qarşı cinsi zorakılığın artması aktual məsələdir. Belə insanların varlığı ölkəmizi və cəmiyyəti məhvə aparan səbəblərdəndir. Bəzi ölkələrdə bu şəxslər axtalanır. Bizdə də belə bir qaydanın tətbiq olunması müzakirə olundu. Mən deyərdim ki, uşaq həyatını qaraldanlara ən sərt cəza verilməlidir. Bu cür şəxslərə qarşı ən sərt cəzalar seçilməlidir ki, cəmiyyətin digər nümayəndələrinə görk olsun. Cəzanın necə olmağını dəqiqləşdirmək isə hüquq-mühafizə orqanlarının işidir.
İndi elə bir dövrə gəlib çatmışıq ki, valideyn övladını özündən başqa kiməsə etibar edə bilmir. Ən yaxın insan sabahısı gün psixi xəstə olub, uşağa zərər edə bilər. Bu səbəbdən də valideynlər uşaqların davranışına fikir verməlidir. Davranışında nəsə hiss edən ana, ata dərhal mütəxəssisə müraciət etməlidir”.
Sevinc