Psixoloq nə üçün bu peşəni seçib? - Özü DANIŞDI

SOSİAL
13:08 / 06.08.2025
46

"Mənim bu peşəyə olan bağlılığım sadəcə seçim yox, içimdən gələn bir çağırış idi". 

Bu sözləri psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O, psixoloq olmağa necə qərar verməsindən danışıb:

"Artıq 5-ci sinifdən etibarən insanları dinləməyə, başa düşməyə və onlara kömək etməyə qarşı içimdə dərin bir maraq və istək var idi. İnsan duyğularını, davranışlarını anlamamaq mənim üçün mümkün deyildi. Elə bil hər kəsin iç səsini eşidirdim.

Zamanla bu maraq məqsədə çevrildi və bu sahədə 3 ali ixtisas üzrə təhsil aldım. Həm yerli, həm də beynəlxalq səviyyədə pasiyentlərlə işləyirəm. İstər Azərbaycandan, istərsə də xaricdən onlayn və fərdi şəkildə müraciət edən insanlara psixoloji dəstək verirəm". 

379397

Lakin ekspert qeyd edib ki, fəaliyyəti bununla yekunlaşmır:

"Bu sahədə yalnız işləmək deyil, eyni zamanda bu sahəyə töhfə vermək də mənim üçün önəmlidir. Hazırda həm Azərbaycanda, həm də xaricdə psixologiya sahəsində təhsil alan tələbələr yetişdirirəm. Onlara yalnız nəzəri bilik yox, real praktik yanaşma, empatik baxış və peşəkar etikaya uyğun yol göstərirəm. Bir insan psixoloq olaraq doğulur mən bunu zamanla daha çox anladım.

Bu gün tədris etdiyim tələbələrimdə bu işığı görərəmsə daha çox dəstək olaram. Peşman oldummu? Xeyr. Çətinliklər olur, bəzən emosional yüklənmə yaşanır, amma hər bir pasiyentin dəyişimini görmək, hər bir tələbənin inkişafına şahid olmaq bu peşəni bir daha sevməyə səbəb olur. Psixologiya mənim üçün sadəcə bir iş deyil nəfəs aldığım sahədir". 

Psixoloq diqqətə çatdırıb ki, bu yolda xeyli çətinliklər olub:

"Bəzən emosional yüklənmələr, susduğum anlar, özümə qayıtmaq ehtiyaclarım da olub. Amma heç vaxt bu yoldan dönmək istəmədim. Hər bir pasiyentin hekayəsi mənə bir öyrənmə verir. Mən onların həyatına toxunduğum qədər, onlar da mənə güzgü tuturlar. İnsan psixikası canlı, daim dəyişən bir sistemdir. 

Onu anlamaq üçün isə sadəcə nəzəri bilik yetməz ürəklə yanaşmaq, hiss etmək, dinləməyi bilmək lazımdır. Bu, mənim illərdir içimdə daşıdığım məsuliyyətdir. Hər gün, hər görüş, hər danışma məni bu yola bir daha inandırır".

Pərviz

0