Son illər ölkədə boşanmaların sayı sürətlə artır.
Boşanma zamanı tərəflər bir-birini günahlandırır.
Maraqlıdır, ailələrin dağılmasında kişilər günahkardır, yoxsa qadınlar?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil:
“Evlənməzdən öncə tərəflər bir-birlərini tam tanımır. Çünki, evlənməzdən əvvəl nişanlı olarkən hər iki tərəf özünə daha çox diqqət yetirir, ən yaxşı tərəflərini göstərməyə çalışırlar. Evləndikdən sonra isə bir-biri üçün adiləşirlər və nəticə etibarilə kişilərin gözü kənar mühitə daha çox meyil edir. Bu kimi hallar evlərdə söz-söhbətə səbəb olur. Tərəflər arasında problem yaşanırsa, bunu həll etmək əvəzinə bir-birlərini ittiham edirlərsə, o ailə dağılacaq. Ailə o deməkdir ki, biri od olanda, digəri su olar. Bu deyim elə belə səslənməyib. Təəssüf ki, bu gün ailələrdə hər iki tərəf od olmağı seçir. Nəticədə məhkəmələrdə çoxlu sayda boşanma prosesləri keçirilir”.
Sevinc