Bu gün ailələrdə baş verən xoşagəlməz halların yaşanmasının səbəbi “ayıb olar” prinsipi ilə yaşamasıdır.
Bəzi ailələrin fərdləri zorakılığa, təhqirə qarşı tərəfə ayıb olmasın deyə dözür, çox vaxt nəticə isə xoş olmur.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, cəmiyyətimizdə psixoloji sağlamlıq hələ də ön planda deyil. Daxili narahatlıq yaşayan gənclər çox zaman dinlənilmir, hətta “kişi ağlamaz”, “güclü ol” kimi ifadələrlə duyğularını bastırmağa məcbur qalırlar:
“Bu cür sosial yanaşma emosiyaların sıxışdırılmasına və partlayış həddinə çatmasına səbəb olur. Təəssüf ki, qadınlar çox vaxt yoldaşlarının hörmətsizliyinə, sədaqətsizliyinə elə-obaya, ərinə “ayıb” olmasın deyə dözür. Ancaq sonda elə vəziyyət yaranır ki, hər kəs onu qınayır. Bu səbəbdən də insanlar ilk öncə özünü fikirləşməlidir”.
Sevinc