"Gözəl görünmək istəyi nəzarət və rədd edilmə qorxusunun əlaməti ola bilər".
HİT.az xəbər verir ki, bunu gazeta.ru saytına klinik psixoloq, koqnitiv-davranış terapiyası mütəxəssisi Nadejda Turlayeva deyib.
"Bəzən gözəl görünüş özgüvən və özünə sevginin göstəricisidir. Lakin tez-tez "mükəmməlliyin" arxasında narahatlıq verən nəzarət, uyğunlaşma həvəsi, rədd edilmə qorxusu gizlənir. Bu, hazırda olduğunuz sosial şərtlərə uyğunlaşmadır", deyə həkim bildirib.
Onun sözlərinə görə, əgər insan zəif görünürsə, bu həmişə onun özünə hörmət etmədiyi və ya depressiyada olduğu demək deyil:
"Çox vaxt bu, kənar standartlardan azad olma anı və ya keçid mərhələsidir. Bədənin də fasilələri olur. Xarici və daxili arasında əsl əlaqə - bədənin canlılığında, səmimiyyətdə, insanın ətraf dünyaya nə yaydığındadır".
Psixoloq izah edib ki, insanlar neyrofizioloji cəhətdən başqalarının vəziyyətini oxuya bilirlər:
"Biz gərginliyi, yorğunluğu, səmimiyyəti – gözlə deyil, mikro hərəkətlər, tonus, nəfəs alıb vermə, səs vasitəsilə hiss edirik".
Turlayevaya görə, bir başqa geniş yayılmış yanlış fikir isə ondan ibarətdir ki, "öz üzərində işləmək" həmişə gözəl və arıq olmaq deməkdir.
"Öz üzərində işləmək – öyrənməkdir: bədənlə, hisslərlə, həyatla əlaqə saxlamağı", belə psixoloq qeyd edib.
Samir