Bəzi insanlar artıq tətildən geri qayıdıb. Tətildən yeni qayıdan insanlar işə adaptasiya olmaqda çətinlik çəkir.
Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində bildirib ki, tətil sonrası ilk iş günündə insanlar işə adaptasiya olmaqda çətinlik çəkir:
"Tətildən sonra işə qayıtmaq insaların əhvalını aşağı salır. Bu psixoloji vəziyyəti tarazlamaq üçün insan özünü mükafatlandırılmalıdır. İşə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmaq düzgün deyil. İşə yeni başlanılan həftələr ərzində daha az iş yükü ilə çalışmaq lazımdır. Əks halda, tətil zamanı əldə olunan enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər”.
Sevinc