Falçılara niyə inanırıq?

SOSİAL
22:36 / 15.08.2025
41

Bəzi insanlar vardır ki, onlar işlərini öncədən müəyyən etmək, taleyində baş verə biləcək dəyişiklikləri bilmək üçün falçılara müraciət edirlər. 

Hətta şər qüvvələri özlərindən uzaq etməkdə bu falçıların yardımlarını üstün tutanlar da az deyil.

Bu gün geniş şəkildə falçılara inamın qaynaqlandığı nöqtə nədir? 

Psixoloq Könül İsmayılova Hit.az-a ki, burada söhbət psixoloji cəhətdən zəiflikdən çox, mənəvi boşluqdan, emosional ehtiyacdan gedə bilər:

“İnsan yaradılışı etibarilə dini-mistik istiqamətə meylli olur. Bir çox mənfi niyyətli qüvvələr də insanın bu yaradılış keyfiyyətindən məharətlə istifadə edir. Elm olmayan yerdə cəhalət at oynadar. Savadlılıq səviyyəsi yüksək olan, mənəvi-emosional cəhətdən dolu olan insanların yaşadığı cəmiyyətdə absurd həll yollarına meyl edilmir. Nəticə etibarilə deyə bilərik ki, elm əsasdır. Elmi əsası olmayan yollar uğurlu yollar sayıla bilməz. Həmçinin, onu da bilməliyik ki, elm insanın bir qanadıdır. Onun digər qanadı isə mənəvi-əxlaqi tərəfləri, yəni hansısa dəyərləridir. İnsanlar falçıların yanında axtardıqlarını öz daxillərində gizləmişlər. Sadəcə olaraq, mənəvi boşluq elə dərəcədə olur ki, insan artıq harada olur-olsun bu boşluğunu doldurmağa çalışır”.

Sevinc

0