"Qadından ətir iyisi gələr, siqaret yox" - Psixoloq

SOSİAL
20:15 / 18.08.2025
42

Son zamanlar Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır. Ölkə üzrə qadınların 0.2 faizi siqaret çəkir. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə siqaret çəkən qadınlar təxmini 20 yaşından istifadəyə başlayır. Siqaret çəkən qadınların 22.5 faizi 45-64 yaş qruplarını əhatə edir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, siqaret çəkmək hər zaman olub:

"Əvvəl gizli çəkirdilərsə, indi aşkarda çəkirlər. Hər hansı bir müəssisəyə gedirsən, görürsən ki, xanımlar oturub, siqaret çəkirlər. Siqaret çəkməyə dəb və müasirlik kimi baxırlar. 

Bir çox qadınlar siqaretin o qədər də zərərli olmadığını düşünür. Əslində isə siqaret potensial ölümdür. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb ola bilir. Qadın zərifdir, incədir, kişi isə sərt. İncə məxluqlara siqaret yaraşmır. Qadından ətir iyisəli gələr, siqaret yox".

Sevinc

0