Peşə məktəblərinə maraq nə üçün aşağıdır?

SOSİAL
11:03 / 19.08.2025
50

"Beynəlxalq təhsil sistemində peşə təhsili gənclərə konkret bir sahəyə yönəlmiş bilik və bacarıqlar qazandıraraq onları əmək bazarına hazırlayır". 

Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, peşə məktəbi məzunları rəqabətə daha çox davamlı olurlar:

"Lakin əfsuslar olsun ki, Azərbaycan cəmiyyətində bəzən peşə təhsili zəif bir alternativ kimi qəbul olunur. Bu tip düşüncələrə insanların seçimlərinə olduqca mənfi təsir göstərir. Son illər sosial şəbəkələr və telekanallar vasitəsilə kampaniyalarla bu fikirlərin dəyişdirilməsi üçün maarifləndirmə işləri aparılır. Lakin yenə də peşə təhsili şagird və valideyinlərin "sonuncu variant" kimi qalmağa davam edir". 

380029

Ekspert qeyd edib ki, hazırda peşə məktəblərinə qəbul qaydalarında kifayət qədər problemlər var:

"Məsələn, qeydiyyat elektron sistem vasitəsilə mərkəzləşmiş qaydada aparılır. Lakin buna rəğmən, vahid qayda və mərkəzləşmiş sistem mövcud deyil. Bu qəbulun hansı standartlarla aparıldığı kiməsə məlum deyil. Hətta Peşə agentliyinin rəsmi saytında belə dəqiq məlumat verilmir". 

Mütəxəssis onu da diqqətə çatdırıb ki, subbakalavr dərəcəsi alıb universitetə keçid etmək istəyən tələbələr adətən texniki peşə ixtisaslarına üstünlük verirlər:

"Bu nümunə belə peşə məktəbinin hansısa hədəflə məcburi olaraq seçildiyini göstərir. Bundan başqa, xüsusilə bölgələrdə peşə məktəblərinin vəziyyəti çox aşağı səviyyədədir. Hətta tədris və pedaqoji bazası da yetərsizdir. Bu isə peşə təhsilinin imicinin yüksəlməsinə əngəl olur. 

Məsələn, bir neçə gün əvvəl Sumqayıtda peşə məktəbinə qəbul olunan şagirdin valideyinlərindən biri məktəblə tanış olandan dərhal sonra uşağını məktəbə qoymaqdan imtina edib. Peşə məktəbinin yataqxananın birinci mərtəbəsindəki sinif otaqlarının baxımsız olmasını səbəb kimi göstərib. Yəni bu kimi səbəblər peşə təhsilinə olan marağı aşağı salır".

Pərviz

0