Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin sayı günü-gündən artır.
Sosial şəbəkənin üstün cəhəti ilə yanaşı, mənfi tərəfləri də var.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yeniyetmə və gənclərin internet asılılığı və sosial şəbəkə aktivliyi əfsuslar olsun ki, bəzən onların əmək fəaliyyətinə, təhsilinə mənfi təsir edir:
“Həmin insanlar işləmək və ya dərs oxumaq əvəzinə bütün günü telefonda sosial şəbəkədə olur. Sosial aləmdə baş verənləri izləməklə günlərini keçirirlər, real həyatı unudurlar. Bu səbəbdən də ailə üzvləri məlum məsələdə daha fəal olmalıdır. Onlar övladını, ailə üzvünün normadan çox sosial şəbəkədə olmasına etiraz etməli və buna bir şəkildə qarşı çıxmalıdır”.
Sevinc