Azərbaycan kişisi tarixən öz geyimi, davranışı ilə həyatımızda müstəsna rol oynayıb.
Amma bu gün müasir Azərbaycan oğlanlarının müəyyən bir qismi Azərbaycan kişisinin obrazına sahiblənə bilmir.
Onların qadınlara, qızlara xas olan bəzi hərəkətləri təkrarlaması cəmiyyətdə anormal qarşılanır.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, məsələ ilə bağlı həyəcan təbili çalmağın zamanıdır, əks təqdirdə bizi mənəvi aşınma istiqamətində daha böyük problemlər gözləyir:
"Ölkədə kişilik simvoluna zərər vuran gənclərimizin sayı artır. Hər bir xalqın inkişafında əsas yerlərdən biri onun mədəniyyəti təşkil edir. Bizim indiyə qədər topla, tüfənglə iştirak etdiyimiz müharibələr indiki vəziyyətdə köhnəlib. Hətta bu məsələ ilə bağlı mənim bir şeirim də var. Düşmənlər qabaq top-tüfənglə gəlirdilər, indi isə nərmə-nazik oğlanla, qızla gəlirlər. Bu halın geniş yayılması ictimai qonağın olmaması ilə bağlıdır".
Sevinc