Məktəb başlamamış valideynlərin təlaşı başlayıb

SOSİAL
21:16 / 26.08.2025
37

Yeni tədris ilinin başlanmasına az müddətə qalıb.

Valideynlər təlaşla övladının məktəb hazırlığını təmin etməyə çalışır. Qiymətlər isə hər kəs üçün uyğun deyil.

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, Azərbaycanda bəzi kağız məmulatlarının istehsalından başqa bu sahədə yerli istehsal, demək olar ki, yoxdur:

“Məktəbli ləvazimatların, demək olar ki, hamısı xaricdən gətirilir və xaricdəki qiymət dəyişiklikləri istər-istəməz Azərbaycana da təsirsiz ötüşmür. Amma ölkədə sosialyönümlü məsələlərdə vergi və gömrük güzəştləri edilmir ki, heç olmasa, bu qiymətlərin ucuzlaşmasında rol oynasın. Bu yük valideynlərinin çiyninə düşür. Bir məktəblinin orta aylıq xərci bəzi ailələrdə ümumi gəlirin 20-30 faizini təşkil edir. Bu da ailənin digər üzvlərinin ehtiyaclarının arxa plana keçməsinə səbəb olur.Şagirdin gündəlik xərcləri yaş qruplarına görə dəyişir".

Sevinc


 

0