"Valideynlər övladları arasında fərq qoymamalıdır"

SOSİAL
22:34 / 26.08.2025
39

Son 5 ildə Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb. 

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən ölkədə abortların sayı artıb. 

Təhlilin nəticələri göstərir ki, 2024-cü ildə ölkədə abortların sayı 2023-cü il ilə müqayisədə 6% və ya 4 429 vahid artaraq, rekord həddə, 78 245-ə çatıb

Son 5 ildə bu mənfi göstərici sürətlə artır. Lakin öncəki illərdə bu artım daha yüksək olub. Məsələn, 2023-cü ildə 2022-ci il ilə müqayisədə ölkədə abortların sayı 27,3% və ya 15 817 vahid artıb.

“Vəfa” Sosial-İctimai Birliyinin sədri, sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, ya qədimdən indiyə kimi ailələr oğlan övladına üstünlük verib:

 "Valideynlər qız uşaqlarının olmasını istəmirlər. Get-gedə də uşaqların ailədə sayı azalır. Valideynlər indi daha çox oğlan övladlarının olmasını istəyirlər. Övladlar arasında heç bir fərq qoyulmamalıdır, çünki hər övladın özünəməxsus özəlliyi, xüsusiyyətləri var. Allahın verdiyi payla kifayətlənmək lazımdır. Allaha üsyan etməyə haqqımız yoxdur. O, necə məsləhət bilirsə, elə də edəcək”.

Sevinc

0