Boşanmalardan sonra yaşanan qısqanclıqlar...

SOSİAL
20:57 / 27.08.2025
42

Azərbaycanda boşanan ailələrin sayı artır.

Bundan sonra bir sıra mənfi hallar ortaya çıxır. 

Bəzən tərəflərdən biri barışmaq istəsə də, digər tərəf buna razı olmur. 

Yaxud da boşandıqdan sonra qadın və ya kişi başqası ilə münasibətdə olur.

Bu kimi hallar sonradan faciəli nəticələrlə yekunlaşa bilər.

Bunun nəticəsidir ki, son vaxtlar boşanan arvadını öldürən, döyən, müxtəlif xəsarətlər yetirən kişilər və ya ərini bıçaqlayan qadınların sayı artır.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, qısqanc insanlar boşandıqdan sonra daha aqressiv münasibət göstərir. Bəzən kişi ayrıldığı həyat yoldaşını qısqanır:

"Əgər rəsmən ayrılıblarsa, artıq qadın və kişi həyat yoldaşı deyil. Onlar qərar qəbul etməkdə müstəqildir. Bu zaman biri digəri ilə savaşmaqdansa, öz psixoloji durumunun qeydinə qalmağı daha məqsədəuyğun olardı. Əgər ifrat qısqanclıq varsa, ilk növbədə bu müalicə edilməlidir. İndi ailələrdə qısqanclıq zəminində şiddət, ayrılma və ölümlə bitən hallara rast gəlirik. Bu onu göstərir ki, qısqanclıq ailələrimizdə artıq ciddi bir problem kimi nəzərə alınmalıdır".

Sevinc

0