Boş qalan yerlərə ixtisas seçimi başlayır

SOSİAL
09:32 / 28.08.2025
39

Bu gündən Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.

Hit.az xəbər verir ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

0