Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin məzarının Suriyadan Azərbaycana gətirilməsi məsələsi gündəmdədir.
Bəs İslam dinində qəbrin köçürülməsinə münasibət necədir?
İslam qəbirin köçürüalməsinə icazə verirmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində bildirib ki, İslam dinində səbəbsiz yerə qəbri açmaq doğru sayılmır. Amma məcburi səbəblər və ya məhkəmə tibbi ekspertiza üçün açmaq olar:
"Yaxud qəbrə hansısa təhlükə yaranarsa onu köçürmək olar. Nəsiminin qəbrinin köçürülməsi məsələsi də böyük mütəfəkkir, şair olduğu üçün birbaşa dövlətə aid məsələdir. Əgər Suruyada onun üçün bir təhlükə ehtimalı varsa təbii ki, gətirilməsi mövzusu müzakirə oluna bilər. Hər halda bu barədə aidiyyəti qurumların rəyi daha önəmlidir. İslamda hüquqi müddəalar doqmatik deyil. Zamana, şəraitə, vəziyyətə, dövrə görə uyğun şəkildə dəyişə bilir. Qəbir açmaq haram olsa da, əgər qəbrə hansısa təhlükə ehtimalı varsa köçürülməsi də vacib ola bilər".
Sevinc