Azyaşlı uşağa alkoqollu içki içərsə...

SOSİAL
21:37 / 02.09.2025
53

Bəzi valideynlər azyaşlı uşağına spirtli içki içirdib və ya içirtməyə çalışıb. 

Evdə qurulan məclislər zamanı şərabın və ya pivəni dadmaq üçün uşaqlarına verirlər.

Müntəzəm olaraq spirtli içkilərdən istifadə edənlərin əksəriyyəti isə rifah halı yaxşı olmayan ailələrin, daha doğrusu, valideynləri sərxoş olan uşaqların payına düşür. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bəzi valideynlər əylənmək üçün uşağına içki verir:

"Körpə uşaq üçün alkoqollu içki sağlıq baxımından düzgün deyil. Alkoqolun dozasından asılı olaraq, uşaq orqanizminə düşdükdə şəkərin səviyyəsini salır, intoksikasiya, qıcolma, psixoz yaradır.Spirtli içki  uşaqda nitqin pozulması, ürəkbulanma, qusma, yuxululuq əlamətləri olarsa, təcili həkimə çatdırılmalıdır. Ümumiyyətlə, valideynlər uşağın qidalanması məsələsinə zarafat, əyləncə kimi baxmamalıdır".

Sevinc

0