Toylarda təkcə yemək yox, insan da israf olunur

SOSİAL
18:58 / 03.09.2025
47

Cəmiyyətdə yaranmış lazımsız rəqabət ucbatından insanlar toylarda israfçılıq edir, borca girirlər.

Dəm-dəstgahla toy edənlər sonra illərlə kredit borcu qaytarmalı olurlar.  

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, toya şöhrətpərəstlik və pul yığmaq adəti kimi baxanlar çoxdur:

"Toy məsələsinə baxış bu cürdür. Daha çox göstəriş, dosta-tanışa acıq vermək. Demək olar ki, insan səhhəti üçün zərərli olan hər şeyi toy süfrələrinə yığır. Bu çox acınacaqlıdır. Öncə insanların düşüncə tərzini dəyişmək lazımdır. Camaat üçün yaşamaq lazım deyil.Artıq israfçılığın dayandırılması üçün siqnal verilməlidir. Toylarda təkcə yemək yox, insan da israf olunur".

Sevinc

0