Boşanmanın uşaqlara təsiri

SOSİAL
19:14 / 05.09.2025
39

Son illər boşanmaların sayı artıb. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsirlərini göstərir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, boşanma prosesi ən çox uşaqlara təsir edir:

"Ata-ananın boşanması uşaqların psixoloji vəziyyətinə, yaşlarına görə təsir edir.3 yaşına kimi uşaqlarda yuxu problemləri, yerini islatmaq, barmaq əmmək, qorxu və narahatlıq hiss etmək, narahatedici hərəkətlər müşahidə oluna bilər. Üç-altı yaş arası olanlar isə hər şeydə özlərini günahlandırırlar, onlarda əsəb gərginliyi artır. Uşaq ana və atasını birlikdə görmək istəyir və ana-ata birlikdə olduqda xoşbəxt olur. Ancaq uşağın sağlam inkişafı üçün valideynlərin eyni evdə birlikdə yaşamalarından çox, onların münasibətlərinin xüsusiyyətləri önəmlidir. Bu səbəbdən boşananların ayrı-ayrılıqda ana-ata rollarını davam etmələri uşaq üçün daha yaxşı nəticələr göstərir".

Sevinc

0