Aparılan araşdırmalar zamanı məlum olub ki, qadınlar kişilərə nisbətən daha çox yaşayır.
Bunu statistik rəqəmlərdə təsdiq edir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, kişilərin qadınlardan az yaşamasının müəyyən səbəbləri var:
"Kişi orqanizmi hormonlarla bağlı stressə az davamlıdır, yəni kiçik bir hadisəni böyüdür və dözülməz həddə çatdırır.Qadınların uzun ömürlülüyünün sirri onların hormonları və həyat tərzi ilə bağlıdır. Çoxu zərərli vərdişlərdən uzaqdır, hirsləndikdə çox asanlıqla ağlaya bilir, hormonlarında olan antioksidantlar, əsəbiləşərkən orqanizmdə əmələ gələn zərərli kimyəvi maddələri yox edir və orqanizm zərər görmür".
Sevinc