Qadınların hüquqlarına hörmətsizlik qədim zamanlarda həm də özündən yaşda çox böyük kişiyə ərə verilməsi ilə göstərilib.
Təbii, burada ülvi hisslərdən söhbət gedə bilməzdi.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, illər öncə maksimal yaş həddi kişilərin böyüklüyü hesabı ilə 10 yaş hesab edilirdisə, get-gedə bu rəqəm aşağı düşüb. Hətta son dövrlər qadınların yaşca böyüklüyü halları geniş yayılmaqdadır:
“Nənələrimizlə söhbət edən zaman onların 13-14 yaşında özlərindən azı 8 yaş böyük kişi ilə ailə qurduğunu deyirlər. Onlar bunu normal hal kimi qarşılayır. Ancaq övladlarına, nəvələrinə özlərindən böyük bəylə ailə qurmağı məsləhət görmür, hətta qarşı çıxırlar. Bunun səbəbi onların o vaxtı söz hüquqlarının olmaması idi, böyükləri kiminlə məsləhət bilsə idi, onunla da ailə qururdular. Qadın və kişi arasında maksimum yaş fərqi olmalıdır, daha çox olanda bu problemlə, ailədə söz-söhbətə səbəb olur”.
Sevinc