“Apple” şirkətinin təqdim etdiyi yeni “iPhone 17” seriyasının qiyməti sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, dəyəri 4500 manat olan mobil telefon inəklə müqayisə olunub.
Hər ikisinin qiymətinin bərabər olması sosial şəbəkə istifadəçiləri arasında gülüşə səbəb olub.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bəzi insanlarda göstəriş önəmli sayılır:
"Həmin insanlara görə onlar mütləq son model mobil telefon işlətməlidir. İnsanlar alış-veriş zamanı çox vaxt məntiqlə deyil, hisslərin təsiri ilə qərar verirlər. Bahalı məhsul insanın şəxsiyyətini və dəyərini müəyyən etmir. Yeni model telefonun damazlıq inəklə müqayisə olunması əbəs yerə deyil. Damazlıq inəyin südündən, ətindən istifadə olunur, ondan əlavə gəlir əldə olunur. Ancaq eyni qiymətə alınan mobil telefon isə ancaq ətrafa hava atmaq üçündür. İndi kimə baxırsan İphone işlədir, ona verilən pulu daha sərfəli yönə yönləndirmək olardı. Lakin bizim insanlar göstərişi sevir”.
Sevinc