Zorakılıq yalnız fiziki izlər deyil, eyni zamanda dərindən kök salan emosional yaralar buraxır.
Bu səbəbdən uşaqların zorakılıqdan qorunması, onları sevgi və anlayışla böyütmək cəmiyyətin hər bir fərdinin məsuliyyətidir.
Zorakılıqla üzləşən uşaqlara dəstək olmaq, onların psixoloji və fiziki sağlamlığını qorumaq üçün vaxtında müdaxilə və mütəxəssis yardımı mütləqdir.
Son zamanlar zorakılığa məruz qalan uşaqların sayı artıb. Bu yaxınlarda ana isti qaşıqla 3 yaşlı qızının qolunu dağlayıb.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, zorakılıq uşağın inkişafını ciddi şəkildə zədələyə biləcək təhlükəli bir sosial problemdir:
“Uşaqlıq dövründə yaşanan travmalar yalnız o dövr üçün deyil, həm də böyüklük həyatına mənfi təsir göstərir. Fiziki zorakılığa məruz qalan uşaqlarda tez-tez əzilmələr, sınıqlar, yanıqlar və digər travmalar müşahidə olunur. Bəzən bu travmalar düzgün müalicə olunmadığı üçün uzunmüddətli fəsadlara səbəb olur. Ümumiyyətlə, zorakılığa məruz qalan uşaqlar tez-tez özlərini dəyərsiz hiss edir, özünə inamları sarsılır. Bu da onların sosial münasibətlərinə və gələcəkdə uğur qazanma ehtimallarına təsir göstərir”.
Sevinc