Məktəblilər günün hansı saatında dərs oxumalıdır?

SOSİAL
20:59 / 24.09.2025
46

Yeni tədris ili 10 gündən çoxdur ki, başlayıb. 

Valideynləri maraqlandıran məsələ uşaqların dərsi saat neçədə oxumasıdır.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaq bütün dərsləri oxumaq, hamısından 5 almaq məcburiyyətində deyil. Bəzən mükəmməllik tələb edən valideynlər uşaqlarını çox yükləyir, dərslərin hamısını oxutmaq üçün gecə saat 12-yə, 1-ə kimi məşğul olurlar:

“Bəzən də uşaqları dərsdən sonra əlavə kurslara, idmana göndərirlər. Əslində uşaq sevdiyi fənlər üzərində işləməli, həvəslə oxumalıdır. Uşaqları bütün günü dərslə yüklədikə onların əylənməyə, yaşıdları ilə ünsiyyət qurmağa vaxtı olmur. Uşaqları məktəbdən qayıtdıqdan dərhal sonra dərs masasına əyləşdirmək tövsiyə edilmir. Mktəblilərə boş vaxtlarını daha yaxşı təşkil etmək və daha az yorulmaq üçün dərsdən sonra gəzintiyə çıxmağı və ya açıq havada oyunlara qoşulmalıdır”.

Sevinc

0