Hər il keçid ballarının yüksəlməsi nə ilə bağlıdır?

SOSİAL
10:25 / 25.09.2025
69

Son dönəmlərdə universitetlərə qəbul balları artmağa doğru davam edir. 

Demək olar ki, hər il universitetlərə qəbul üçün keçid balları yüksəlir. Üstəlik, bu artışlar kifayət qədər çox olur. Bu isə tələbə olmaq istəyən abituriyentlərin işini daha da çətinləşdirir. 

Bəs buna səbəb nədir? Universitetlərə qəbul zamanı keçid balları nə üçün davamlı şəkildə yüksəlir? 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, əslində hər il universitetlərə qəbul ballarının yüksəlməsi fikri tam doğru deyil:

"Lakin son illərdə inkişaf dinamikasının baxdıqda keçid ballarının qalxması fikri düzgündür. Bunun səbəblərindən biri hazırlıq kursları və repititorlar arasında güclü rəqabətin yaranmasıdır. Bəli, təəssüf hissi ilə demək istərdim ki, məhz şagirdlər arasında, məktəblər arasında rəqabət yox, özəl sektorda abitiruriyent bazasını artırmaq, öz prestijini qoruyub saxlmaq üçün repititorların rəqabəti təhsilin keyfiyyətinə müsbət təsir göstərib".

382609

Ekspert qeyd edib ki, digər amil plan yerlərinə nisbətdə hər il daha çox şagirdin ali məktəbə sənəd verməsidir:

"Əhalinin sayının artmasına görə son 2 ildə əvvəlki ilə nisbətən 5 mindən çox şagird 11-ci sinifdən məzun olub. Bu da rəqabəti artırır. Həmçinin, Dövlət İmtahan Mərkəzinin (DİM) test bazasının da məhdudluğu yüksək bal artımına təsir edir. 

Yəni eyni test model və tapşırıqlarından bir neçə il davamlı istifadə edilməsi şagirdlərdə test əzbərləmə və tətbiqetmə vərdişlərini artırır. Üstəlik, son illərdə buraxılış imtahanları nisbətən asan salınır. Bu da balların qalxmasına təsir edən mühüm faktorlardan biri sayıla bilər".

Pərviz

0