Uşaqlar dərs proqramını niyə mənimsəyə bilmir?

SOSİAL
21:36 / 25.09.2025
42

Orta məktəb proqramlarının ağırlığı son vaxtlar  təhsil sahəsində ən çox müzakirə olunan mövzulardandır.

Şagirdlər, gün ərzində müxtəlif vəsaitlərdən çoxlu sayda çalışmalar etsələr də, keçilən dərsi mənimsəməkdə, yadda saxlamaqda çətinlik çəkirlər.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqların diqqətini dağıdacaq çox şey var hazırda:

“Keçmişdə uşaqların həyatı iki hissəyə bölünürdü. Həyətdə oyun oynamaq və evdə dərs oxumaq. Amma indi kompüter, telefon, internet vasitəsilə uşaqlar yaddaşlarını o qədər lazım olmayan məlumatlarla doldururlar ki, nəticədə belə hal yaranır. Lazımsız informasiyalarla beyinlərini doldururlar, sonra da dərs onlara maraqsız gəlir, diqqətlərini cəmləyə bilmirlər”. 

Sevinc
 

0