Uşaqları telefondan necə ayırmalı?

SOSİAL
18:59 / 26.09.2025
42

Bu gün mobil telefondan istifadə etməyən uşaq təsəvvür etmək mümkün deyil.

Məktəbə getməyən uşaqlar belə telfonsuz qala bilmir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqda telefon asılılığı yaranıbsa və valideyn bunun qarşısını almağa çalışmalıdır:

“Yaxşı olar ki, uşaqlar telefona ayırdığı vaxtı oyuncaqları, ya da yaşıdları ilə keçirtsinlər. Uşağın valideyni ilə hər gün oyun saatları olmalıdır. Və bu aktiv oyun vaxtı onun inkişafı üçün çox vacibdir. 0-3 aralığında ümumiyyətlə telefon və televizor kontaktı olmamalıdır. Yaş mərhələsi artdıqca isə biz uşağa sözügedən texniki vasitələrdən istifadəyə vaxt qoymalıyıq. Əgər biz uşağı telefon asılılığından xilas etmək istəyiriksə, onun boş vaxtını əyləncəli keçirəcəyi zamanla doldurmalıyıq”.

Sevinc

0