Özünü inkişaf etdirmək istəyən insan nələri bilməlidir?

SOSİAL
12:54 / 29.09.2025
53

"Özünü inkişaf etdirmək istəyən insan üçün ilkin mərhələdə ən önəmli olan öncə özünü tanımaq və daxili dünyasına diqqət yetirməkdir".

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

O, fikirlərini belə əsaslandırıb:

"İnsan çox vaxt xarici dəyişikliklərə fokuslanır. Lakin əsl inkişaf daxildən başlayır. Öz duyğularını, düşüncələrini və vərdişlərini müşahidə etmək, onları qiymətləndirmək və nəyi dəyişmək istədiyini bilmək vacibdir. Ən əsası isə kiçik və davamlı addımlar atmaq lazımdır".

382913

Ekspert qeyd edib ki, böyük dəyişikliklər tez-tez davamlı olmur:

"Amma gündəlik həyatına daxil edilmiş kiçik vərdişlər zamanla böyük fərq yaradır. Hər gün müəyyən vaxtda oxumaq, qısa meditasiyalar etmək və ya yazmaq insanın inkişafında davamlı irəliləyiş təmin edir. İnsanın özünə qarşı mərhəmətli və realist olması vacibdir". 

Psixoloq vurğulayıb ki, inkişaf prosesi mükəmməllik tələb etmir:

"Səhvlər və geriləmələr təbiidir. Əsas odur ki, ardıcıllıq olsun, özünü başqaları ilə müqayisə etmədən irəliləmək və kiçik uğurlarını qeyd edərək motivasiyanı saxlamaq lazımdır. Özünü tanımaq, kiçik və davamlı addımlar atmaq, eləcə də özünə mərhəmətli yanaşmaq daxili sabitliyi qoruyaraq insanı sağlam və dayanıqlı şəkildə inkişaf yoluna aparır".

Pərviz

0