Azərbaycan dilində danışa bilməyən uşaqlar, ingilis dilində...

SOSİAL
22:14 / 29.09.2025
35

Ölkəmizdə övladının ingilis dilində təhsil almasını istəyən valideynlərin sayı günü-gündən artır. 

Bəs görəsən, valideynlərin ingilis, əcnəbi dillərdə təhsil almağa vadar edən səbəblər nələrdir? 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ölkəmizdə dövlət məktəblərində xarici dillər arasında yalnız rus sektoru olduğu üçün bu alternativdən istifadə etmək qərarına gəliblər: 

“Ancaq bu gün bəzi valideynlər azyaşlı övladının doğma ana dilində deyil, rus və ya ingilis dilində danışmasını istəyir. Uşaq öncə doğma ana dilində danışmağı öyrənməlidir, sonra digər dillərdə. Təəssüf ki, bəzi valideynlər bu fikirdə deyil. Onlar uşağın nitqinin pozulmasına razı olsalar da, xarici dildə danışmasını istəyir. Bu isə şöhrətpərəstliklə bağlıdır”.

Sevinc

0