Müasir gənclər hansı musiqilərə qulaq asır?

SOSİAL
20:00 / 01.10.2025
43

Son vaxtlar maşınlarda, bazarlarda, avtodayanacaqlarda “valehdici” musiqi sədalarını hər kəs eşidir.

Müasir gənclərin musiqi zövqü ötən illərlə müqayisə də fərqlidir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, musiqi hər bir ölkədə və o cümlədən, Azərbaycanda milli-mənəvi dəyəri əks etdirən məfhumdur. İstənilən janrı biz kütləyə sevdirmək istəyiriksə, birinci onun düzgün təbliğatını aparmalıyıq:

 “Gənclərin musiqi zövqünü inkişaf etdirmək üçün gərək hər şeydən əvvəl universitetlərdə musiqi dərnəkləri yaradılsın. Hər bir gəncin hansısa musiqi alətinə həvəsi varsa, onu öyrənsin. Ən azından gənclər bunu hobbi kimi edə bilərlər. İnsanların çoxluq təşkil etdiyi ictimai yerlərdə musiqinin düzgün təbliğatı aparılmalıdır. Avropa ölkələrinə baxsaq, görərik ki, küçə musiqisi adlı bir anlayış var. Küçə musiqisi vasitəsi ilə peşəkar musiqini gənclərə sevdirə bilərik. Amma onları düzgün yönləndirmək şərtdir. Xalq özü problemi bilir, amma onu həll etmək istəmir. Çünki, bayağı musiqilər onların zövqünü oxşayır. Musiqi sahəsində senzuranın olması çox yaxşı olardı”.

Sevinc

0