Bəzən hava proqnozları niyə səhv çıxır? - AÇIQLAMA

SOSİAL
12:52 / 02.10.2025
57

Ölkədə açıqlanan hava proqnozları həmişə birmənalı qarşılanmır. 

Milli Hidrometeorologiya Xidməti hər gün sabahın havasını açıqlayır. Lakin bəzi vaxtlarda açıqlanan proqnozla hava şəraiti uyğunluq təşkil etmir. Məsələn, yağış olacağı deyilir, gün çıxır və ya günəşli hava proqnozu verilir, amma yağış yağır. Belə halların tez-tez yaşanması hava proqnozlarına inamı azaldır. 

Bəs buna səbəb nədir? Bəzən hava proqnozlarının səhv çıxması nə ilə bağlıdır? 

"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında bildirib ki, hazırda dünyada hava proqnozunda bir neçə üsula üstünlük verilir:

383189

"Birincisi, yerli stansiyalar vasitəsilə hava proqnozu müəyyən olunur. Məsələn, Azərbaycanda elektron  müasir standartlara cavab verən stansiyalar var. Dənizdə olan qurğulardır, düzgün proqnoz verirlər. İkincisi isə sputniklərdən alınan proqnozlardır. Əsasən gündə bir neçə dəfə hərarət ölçülür. Bu hesablamalara əsasən bir neçə günlük, həftəlik və aylıq proqnozlar verilir". 

Ekspert qeyd edib ki, bəzən proqnozlarda xətalar ola bilir:

"Düzdür, müəyyən vaxtlarda bəzi proqnozların düzgün çıxmamasının şahidi oluruq. Amma əksər hallarda proqnozlar doğru verilir. Məsələn, fırtınalarla bağlı istər Amerikada, istər digər ölkələrdə, istərsə də Azərbaycanda hava proqnozu açıqlanır. Xüsusən, neft şirkətlərinə bu barədə dəqiq hava proqnozları verilir. Orada da müəyyən kiçik xətalar ola bilir. 

Şimal küləyi gələndə bəzən yağışın qarşısını alır, bəzən külək tez dayanır, onda yağış yağır. O da ayrı-ayrı ərazilərə aiddir. Bu isə proqnoza təsir göstərir. Üstəlik, Bakıda hava tez-tez dəyişir. Amma ölkəmizin əsas ərazisində verilən proqnozlar hər zaman doğru çıxır. Mən ümumi bir yanlışlıq görmürəm". 

Mütəxəssis diqqətə çatdırıb ki, havaların isti vaxtı yanlış proqnozlar verilə bilər:

"Belə xətaların olması normaldır. İnsan ağlı qatılan istənilən yerdə müəyyən səbəblərdən yanlışlar ola bilər. Amma hesab edirəm ki, əsasən verilən hava proqnozları doğru olur". 

Pərviz

0