Blogerlik eşqinə düşən həkimlər ...

SOSİAL
19:00 / 02.10.2025
53

Son zamanlar həkimlər arasında bloger olmaq istəyi artıb . 

Həmin həkimlər etdiyi əməliyyatı, müalicə və müayinə prosedurunu tam şəkildə çəkib, ictimaiyyətə təqdim edirlər.

Hətta bu haqda sosial mediada kifayət qədər məlumatlar var.

Zaman-zaman həkimlərin canlı yayım açaraq xəstələrin naməhrəm görüntülərini yayıb , gördükləri işin piarı ilə məşğul olublar.

Tibb elmləri doktoru Adil Qeybulla Hit.az-a deyib ki,  bu işi görən həkimlər özlərinə xəstə yığmağa çalışırlar: 

"Həkim fəaliyyətində reklam etik baxımdan düzgün deyil. Narkoz altında olan xəstələrdə şəxsiyyətin qorunması xüsusi şərtdir. İctimaiyyətə məlumdur ki, bu cür fəaliyyət nəyə xidmət edir".

Sevinc

0