Evlənən cütlüklərin sayı ildən ilə azalır.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, gənclər daha çox təhsilə və maddi məsələlərə yönləndikləri üçün zamanla evliliyə maraqları da azalıb:
“Evlilik statistikasında azalmanın əsas səbəblərindən biri də boşanmaların çoxalmasıdır. Danılmaz faktdır ki, bu gün ölkədə boşanma sürətlə artır. Ailə həyatı qurmaq istəyən gənclərə kənardan müdaxilələr edilməməlidir. Təəssüf ki, bu gün ailələrdə kənar müdaxilələr çox olur. Hər kəs öz sözünü qanun kimi qəbul etdirmək istəyir, nəticədə isə xoş olmayan hallar yaşanır”.
Sevinc