Müəllim dərs zamanı öldü -FOTO

SOSİAL
11:12 / 05.10.2025
56

Naxçıvanda müəllim məktəbdə vəfat edib.

Hit.az xəbər verir ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.

Orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, 21 illik pedaqoji təcrübəyə malik Nailə Kamil qızı Budaqova dərs zamanı qəfil halı pisləşərək yıxılıb.

İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

0