"Sevgilisi olmayan yoxdur"

SOSİAL
15:43 / 07.10.2025
84

Sevgi hər kəsdə eyni səviyyədə olmadığı və hər kəsdə eyni duyğuları yaşatmadığı üçün onun izahı da sevənlərin sayı qədərdir. 

Ümumilikdə bəlkə də sevginin özü eqoizmdən irəli gəlir.

Çünki , insan sevdiyi adamda ona verə biləcəyi nəyisə axtarır.

Ümumilikdə sevgi hər hansı şəxsə, əşyaya, hətta heyvana qarşı olan mənəvi yaxınlıq və ya bağlılıq hissini ifadə edən bir sözdür.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, sevgi əslində insanın eqoistik istəkləridir. İnsan seçim qarşısında qalırsa, deməli, bir neçə eqoistik istəkləri var və hərəsində ayrı-ayrı istəyini təmin edən nəsə var: 

"Ona görə seçim qarşısında qalır. Bunların hamısı heç də həmişə bir adamda olmur. Buna görə də insan seçim etməkdə çətinlik çəkir. Bu özü onu göstərir ki, ən güclü sevgi insanın özünə olan sevgisidir. İnsan digərini sevirsə, bu onun özünə olan sevgisindən irəli gəlir. İnsan nə istədiyini bilir və öz tələbatına uyğun bir insan tapır ki, o, istəklərini təmin eləsin, ondakı yarım olanları tam etsin. Bəlkə də dilimizdə sevgili mənasında "yar" sözü elə insanın sevgi ilə bütünləşməsi fikrindən əmələ gəlib. Yəni yarsız yarımçığam, mən yarıyam, yarım da odur. Birlikdə isə bütövük.Sevgilisi olmayan yoxdur. Söhbət sevginin qarşı cinsə olub-olmamasından getmir. İnsanın anasına, övladına, qohumuna, dostuna sevgisi ola bilər. Mütləq deyil ki qarşı cinslə qeyd etsin. Sevdiyi hər kəslə qeyd edə bilər".

Sevinc
 

0