Qorxu təhlükəli amillərin təsirinə cavab olaraq yaranan, özünüqoruma instinktinə əsaslanan bir hissdir.
Uşaqlarda qorxular əsasən yaxın insanlardan aldıqları məlumatlar və bu məlumatları öz təsəvvür və təxəyyüllərində canlandırmaqdan yaranır.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ailədəki qeyri-sabit emosional vəziyyət, ailə üzvləri arasında tez-tez yaşanan qalmaqallar, qarşılıqlı anlaşma və dəstəyin olmaması uşağın ailədə yaşadığı xroniki narahatlığa səbəb olur:
Zamanla bu qorxulara səbəb ola bilər. Qorxu səbəblərindən biri də uşaqda nevrozun olmasıdır. Bu vəziyyət mütləq mütəxəssis tərəfindən müalicə olunmalıdır. Uşaq qorxunu valideynlərindən örnək kimi də götürə bilər. Anasının itdən qorxduğunu görən uşağın itdən qorxmağa başlaması təbii haldır. Uşağa danışılan qorxulu nağıllar, tərbiyədə qorxutma üsullarından istifadə etmək, onun körpə yaşlarından həddən artıq qorunması da qorxu mənbəyi ola bilər. Eyni zamanda keçirmiş olduğu qəza, zəlzələ, şahidi olduğu dava-dalaş, yaralanma, ölüm kimi hadisələr də uşaqda uzunmüddətli qorxu yarada bilər".
Sevinc