Azərbaycanda “boşanma mədəniyyəti” niyə formalaşmır?

SOSİAL
20:00 / 08.10.2025
45

Son vaxtlar ölkədə baş verən amansız qətl hadisələrinin sayı azalmır. 

Qurbanların əksəriyyəti isə zərif cinsin nümayəndələridir.

Addımbaşı həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlar çıxış yolunu rəsmi şəkildə boşanmaqda görürlər.

Amma əslində bu da çıxış yolu deyil. Artıq boşanmaların da nəticəsi bir çox hallarda faciəvi olur.

Təəssüf ki, Azərbaycanda boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları "ənənə" halını almağa başlayıb.

Cütlüklər boşandıqdan sonra belə, keçmiş ərləri qadınların həyatına müdaxilə etməkdən əl çəkmir.

Maraqlıdır, niyə ölkəmizdə boşanma mədəniyyəti formalaşmayıb? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, Azərbaycanda isə boşananlar ömür boyu düşmən olurlar. Bu, Şərq xalqlarına məxsus bir xüsusiyyətdir. Xristian xalqları belə məsələlərdə daha tolerantdırlar:

“Azərbaycan cəmiyyətində isə bu, bir göstəricidir ki, ayrılan insanlar düşmən olmalıdırlar. Bu da psixopatiyadan irəli gəlir. Psixopatiya geniş yayılmış gizli bir xəstəlikdir və həmin insanlar cəmiyyətdə normal insanlar kimi qəbul olunurlar. Ancaq Azərbaycan cəmiyyətində psixopatiya partlamağa hazırlaşan bomba kimidir. Bu bomba partlayandan sonra insanlar yolda da biri-birini öldürəcəklər. Artıq bu istiqamətdə gedirik”.

Sevinc

0