“Nikahdankənar doğulan uşaqların sayının artması yeni dönəmin gətirdiyi fəsadlardan biridir. Uşaqların çoxu da atasız, dayə tərbiyəsi altında böyüyür. Bütün bunlar informasiya dövrünün gətirmiş olduğu yeni ailə dəyəri formasıdır”.
Bu fikri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.
O bildirib ki, nikahdankənar uşaqların sayının artmasının səbəblərindən biri də odur ki, təmtəraqlı toy edirlər, ancaq rəsmi nikaha daxil olmurlar:
“Gənclər toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir. Uşaq pulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, vətəndaş nikahından doğulmuş hesab edilir. Onu da deyim ki, kişilər daha çox boşanma ehtimalını göz önünə gətirərək, nikahın pozulmasından sonra aliment ödənişi, əmlakın bölünməsi kimi problemlər yaşamamaq üçün nikah kəsilməsinə can atmırlar. Bir sözlə, hüquq və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar”.
Sevinc