Son günlərdə havanın temperaturu olduqca gözəl keçir.
Belə ki, yağmurlu və küləkli hava müşahidə olunmur. Son illərdə olduğu kimi bu ildə də payız fəsli, daha dəqiq desək oktyabr ayında havanın temperaturu kifayət qədər istidir. Hətta son günlərdə havanın istiliyi 20 dərəcədən aşağı düşməyib.
Bəs qarşıdakı günlərdə hava proqnozu necə olacaq? Havanın isti olacağı, yoxsa yağmurlu günlərin başlayacağı gözlənilir?
Mövzu ilə bağlı "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlama verib. O bildirib ki, oktyabr ayında hava isti keçəcək:
"Müəyyən aralıqlarda yağıntı və külək olması o demək deyil ki, oktyabr ayı soyuq keçəcək. Düzdür, ayın axırına doğru havanın temperaturu dəyişə bilər.
Gələn həftə ümumiyyətlə bir az dəyişəcək. Daha dəqiq desək, Bakı və Abşeron yarımadasında sərin keçəcək. Ümumiyyətlə isə bu payız hava respublika üzrə çox yaxşı keçir. Hesab edirəm ki, bununla da məhsul yığımına çox gözəl şərait yarandı".
Ekspert qeyd edib ki, oktyabr ayı əsasən yağmursuz keçəcək:
"Hələ ki, ölkə üzər isti havalar davam edəcək. Bu həftə sonuna doğru, sabahtan etibarən külək bir az daha artacaq. Gələn həftə bəzi yerlərdə hava dəyişə də bilər. Lakin ümumilikdə oktyabr ayında birdən-birə havanın qəfil soyuması müşahidə olunmayacaq".
Pərviz