Şəhid Hüseyn Nəcəfzadənin xatirəsi əbədiləşdirdi - FOTO

SOSİAL
21:38 / 11.10.2025
47

Bu gün Abşeron rayonu İlqar Yusifov adına Görədil kənd tam orta məktəbinin direktoru Rəmziyyə Heydərovanın təşəbbüsü və məktəbin müəllimi Xumar Həsənovanın təşkilatçılığı ilə VI A sinfinin şagirdləri Vətənimizin qəhrəman oğlu, şəhid baş leytenant Hüseyn Nəcəfzadənin ailəsini ziyarət ediblər. 

Şəhidimizin mövlud günündə onun əziz xatirəsini əbədiləşdirmək məqsədilə şagirdlər tərəfindən ağac əkilib.

Tədbirdə 6-cılar şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Xatırladaq ki, Şəhid Hüseyn Nəcəfzadə 11 oktyabr 1997-ci ildə Abşeron rayonu Saray qəsəbəsində doğulub, hərbi xidmət dövründə Kəlbəcər, Tərtər və Suqovuşanın azad edilməsi uğrunda medalllarla təltif olunub. Baş leytenant rütbəsi daşıyan Hüseyn Nəcəfzadə 16 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhidlik zirvəsinə ucaldılmışdır.

0